Giriş

Bu veb saytın istifadəsini tənzimləyən şərtlər bizimlə sizin aranızdakı razılaşmadır (bundan sonra “Şərtlər”). Bu Şərtlər bütün istifadəçilərin (bundan sonra “Sən” / “sizin”) və Məxfilik (bundan sonra “biz” / “bizim” / “biz” / “Satıcı”) hüquq və vəzifələrini müəyyən etmişdir. Hər hansı bir əşyanı satın almadan öncə şərtlərimizi və Gizlilik Bəyannaməmizi diqqətlə oxuyun. Bu veb saytdan istifadə və ya sifariş etməklə bu şərtlər və məxfilik bəyannaməmizə razılıq verirsiniz. Bütün şərtlərə və Məxfilik Bəyannaməsinə razı deyilsinizsə, sifariş verməyin. Bu şərtlərə dəyişiklik edilə bilər, buna görə sifariş verməzdən əvvəl onları diqqətlə oxumalısınız.

Məhsulların sifarişi

Məhsulu sifariş verdikdən sonra məhsulun təsdiqi və ya ləğvi barəsində məlumat sizə e-poçt ünvanı vasitəsilə göndərilir. Məhsul təhvil üçün hazır olanda saytda qeyd etdiyiniz ünvana (ünvanı tapmaqda çətinlik yaranarsa kuryerin sizinlə əlaqə saxlaya bilməsi üçün əlaqə nömrəsini dəqiq qeyd etməyiniz xahiş olunur) çatdırılıcaqdır.

Sifarişin dəyişdirilməsi

Nəzərinizə çatdırmaq istəyirik ki, məhsulların dəyişdirilməsi yalnız ölçü fərqinə görə nəzərdə tutulur. Beləki, ölçü sizə uyğun olmasa həmin məhsulun digər uyğun ölçüsünü və ya (əgər qalmayıbsa) eyni və ya daha artıq qiymətə başqa məhsula dəyişə bilərsiniz. Məhsulları üzərindəki etiketi saxlamaqla yalnız üç iş günü ərzində dəyişdirə bilərsiniz. Həmçinin, onu yalnız bir dəfə ödənişsiz olaraq dəyişdirə bilərsiniz. İkinci dəyişdirmə halı baş verərsə, yenidən çatdırılma xidməti üçün ödəniş etməli olacaqsınız.

Dəyişdirmədə hər hansı bir problem yaşasanız, bunu support@confidance.az e-poçt ünvanına məzmun olaraq yaza bilər və ya həmin e-poçt ünvanının məzmun hissəsinə əlaqə nömrəsi qeyd etməklə müştəri xidmətləri nümayəndələrinin sizinlə əlaqə saxlamasını qeyd edə bilərsiniz.
Xidmətlərimizdən məmnun qalmağınız prioritetimizdir.

Çatdırılma

Sifariş təsdiq edildiyi gündən etibarən 14 iş günü ərzində çatdırılmalıdır. Bəzi məhsullar var ki, onları çatdırmaq üçün daha çox vaxt tələb oluna bilər. Bu hallar məhsulun təsvirində qeyd olunur.

Gecikmə səbəbləri aşağıdakılar ola bilər:

– Gözlənilməz hallar (ölkədə baş verən siyasi və iqtisadi məsələlər daxil olmaqla);

– və ya Çatdırılma ərazisi;

Yuxarıdakı səbəblərlə əlaqədar çatdırılma tarixində gecikmə baş verdiyi halda bununla bağlı sizə məlumat veriləcək və qısa müddətdə yeni tarix təyin olunacaq və ya istəyinizə uyğun olaraq sifarişi ləğv edə biləcəksiniz.

Kuryer təhvildən öncə sizinlə əlaqə saxlayacaqdır. Çatdırılma yerində olmağınız mümkün deyilsə, sizin üçün uyğun bildiyiniz ünvanı qeyd edə bilərsiniz və ya
digər qarşılıqlı əlverişli gün üçün proseduru yenidən təşkil etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Bazar günləri çatdırılma günlərinə daxil deyildir.

Bakı şəhəri üzrə ünvana çatdırılma standart 5 AZN təşkil edir.

Qiymət və ödəniş

Veb saytımızda göstərilən qiymətlərə vergi xərcləri daxildir.

Bakı şəhəri üzrə ünvana çatdırılma 5 AZN təşkil edir.